EN

“Afina” kosmik gəmisi Ayın cənub qütbünə yaxın yerə enib

Amerikanın “Athena”( Afina) kosmik gəmisi cümə axşamı Ayın səthinə endi, lakin çox güman ki, səhv mövqedə enib, “Intuitive Machines” developer şirkətinin baş direktoru Stiv Altemus NASA-da keçirdiyi mətbuat konfransında bildirib.

Bununla belə, şirkət qeyd edir ki, eniş zamanı eniş qurğusu qəzaya uğramayıb.

Mons Muton yaylasına eniş ABŞ-ın şərq sahili vaxtı ilə saat 12:31-də (Bakı vaxtı ilə 21:31), Ayın Cənub Qütbündən təxminən 160 km aralıda edilib.

Qurğu ilə əlaqə var, lakin onun Aya hansı mövqedə enməsi barədə məlumat yoxdur. Missiyaya Nəzarət Mərkəzi eniş yerindən fotoşəkilləri gözləyir.

Fevralın 27-də işə salınan modul Ay səthinə gələcək insan missiyalarına hazırlaşmaq üçün NASA-nın elmi tədqiqatları və texnoloji sınaqlarının aparılması üçün nəzərdə tutulub.

Almaz Həsənli

Chosen
43
oxumeni.az

1Sources