Virtual aktivlər qeyri-maddi aktivlər sırasına daxil edilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, qeyri-maddi aktivlərə intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar daxildir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.