Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.
Bu barədə səfirlik "X" sosial media hesabında paylaşım edib.
Məlumata görə, Birol Akgün Mərkəzin baş katibi Rövşən Muradovla görüşüb. Görüşdə yaxın günlərdə keçiriləcək Qlobal Bakı Forumuna hazırlıq və mümkün əməkdaşlıq müzakirə edilib.