EN

Bakıda kişi sevgilisinin başına oyun açdı: "Bunları etməsən, intim videolarını yayacam"

Bakının Yasamal rayonunda 1982-ci il təvəllüdlü Yavər Aygünü (adlar şərti verilib –red.) öldürməklə və ya sağlamlığına ağır xətər yetirməklə hədələyib, onu cinsi əlaqəyə məcbur edib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Yavər 2021-ci ildən 2023-cü ilədək qeyri-rəsmi nikah münasibətində olduqları müddət ərzində əldə etdiyi çılpaq şəkilləri və rüsvayedici məlumatları onun yaxın qohumlarına göndərəcəyi ilə hədə-qorxu gəlib. Sosial vəziyyəti ilə əlaqədar asılı vəziyyətə düşmüş Aygünü cinsi əlaqəyə girməyə məcbur edib.

İstintaq orqanı tərəfindən Yavərin barəsində Cinayət Məcəlləsinin 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham elan edilib.

“Mən onu məcbur eləməmişəm...”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yavər ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Aygünlə uzun müddət ər-arvad münasibətlərində olublar: “Aramızda heç bir zaman ədavət və düşmənçiliymiz olmayıb. Aygünün qeyd etdiklərinin hamısı şər-böhtandır, yalandır. Onu ölümlə hədələməmişəm, cinsi əlaqəyə girməyə məcbur eləməmişım.

Anam barədə nalayiq ifadə işlətdiyinə görə vaxtı ilə çəkib mobil telefonunda saxladığım intim şəkili vatsap vasitəsilə Aygünün bacısının ərinin mobil telefonuna göndərmişəm. Məqsədim acıq çıxmaq idi”.

Təqsirləndirilən şəxs bildirib ki, Aygünlə münasibətləri əvvəllər yaxşı olub, ər-arvad kimi yaşayıblar: “Sonra cinayət törətdim, məhbəsdə cəza çəkməli oldum. Həmin vaxt Aygün dəfələrlə mənimlə əlaqə saxladı, cəzamı çəkib qurtardıqdan sonra da bir neçə dəfə görüşdük. Onun işlədiyi gözəllik salonuna da getdim. Məqsədim Aygünü cinsi əlaqəyə məcbur etmək deyildi.

Mən heç bir vaxt Aygünü öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələməmişəm”.

“Yolda telefon nömrəmi istədi, verdim”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Aygünün sözlərinə görə, Yasamal rayonundakı estetik mərkəzlərdən birinin sahibkarıdır:

“2013-cü ildən idarə etdiyim “Volksvagen Jetta” markalı avtomobillə Qaradağ rayonunda olan zaman yol-patrul xidməti əməkdaşı qayda pozduğuma görə məni saxladı, cərimə balları çox olduğundan sürücülük hüququmun məhdudlaşdırıla biləcəyi söylədi.

Bu zaman adını sonradan Yavər olduğunu bildiyim polis əməkdaşı məndən mobil nömrəmi istədi, mənə kömək edəcəyini dedi. Nömrəmi ona verdim. Bundan sonra aramızda münasibət yarandı, telefonla danışmağa başladıq”.

Aygün qeyd edib ki, 2014-cü ilin martından iyun ayına kimi aralarında qeyri-rəsmi münasibət olub: “Tez-tez mənim və ya Yavərin evində görüşürdük.

2014-cü ilin iyul ayında Yavər ailə qurduğundan və hər gün sərxoşluq həyatı yaşadığından məndən ayrıldı. Lakin məni daim narahat edir, hədəli mesajlar yazır, məni öldürəcəyini bildirirdi. Aramızda olan intim münasibətin şəkilinin, videolarının olduğunu, onları iş yerimdə, eləcə də tanıdığım şəxslər arasında yayacağını söyləyir, məni görüşməyə məcbur edirdi.

Hədələrə baxmayaraq onunla görüşməkdən və intim əlaqəyə girməkdən qaçırdım. Təkliflərindən imtina etdikdə məni öldürməklə hədələyirdi. Ondan çox qorxurdum. Çünki içki içəndə nə etdiyini bilmirdi”.

“Məni rüsvay edəcəyini dedi”

Aygünün ifadəsinə görə, Yavərlə danışmaq istəməyəndə sərxoş halda onun işlədiyi yerə gəlib, zorla onu maşına mindirib, Lökbatan tərəfə aparıb və öldürəcəyini deyib:

“Qorxumdan səsimi çıxarmadan maşına əyləşdim ki, mənə nəsə edər. Çöllük bir yerə gəldik, məni maşından düşürtdü. Yenə də bir yerdə olmağımızı, ayrılmamağımızı tələb edirdi. Daha birlikdə ola bilməyəcəyini dedikdə bədənimə xəsarətlər yetirdi.

Bununla əlaqədar Səbail polisində cinayət işi başlanıldı, məhkəmənin hökmü ilə onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edildi. Cəzaçəkmə müəssisəsində olmasına baxmayaraq Yavər yenə zəng edir, həbsxanadan çıxdıqdan sonra məni öldürəcəyini, onunla münasibət saxlamadığım təqdirdə məni ailə və yaxın qohumlarım arasında rüsvay edəcəyini bildirirdi.

Məlumatların yayılmaması və fiziki olaraq qorxmağım səbəblərindən Yavərdən asılı vəziyyətə düşdüm. Qorxudan onun dediklərini edirdim”.

“İntim görüntüləri yayacağını dedi”

Aygün qeyd edib ki, 2021-ci ilin aprel ayında Yavər cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra yenidən hədə-qorxu gəlib, onu öldürəcəyini, intim görüntülərini sosial şəbəkələrdə yayacağını bildirib, görüşüb intim əlaqəyə girməyi tələb edib:

“Yavərdən necə xilas olacağımı bilmirdim. Həmin ərəfədə məni evinə çağırdı, intim əlaqədə olmağı tələb etdi. "Yox" cavabı verdikdə, özündə olan intim görüntüləri tez bir zamanda “İnstagram” və “Tik-tok” sosial şəbəkələrində yayacağını dedi. Vaxt qazanmaq və ondan yaxa qurtarmağın yolunu tapmaq üçün razılaşdım və evinə gələcəyimi dedim.

Chosen
34
2
publika.az

3Sources