Ekvadorda qruplaşmalar arasında baş verən toqquşmalarda 22 nəfər ölüb.
Cənubi Amerika ölkəsi Ekvadorda dəstələr arasında baş verən qarşıdurmada 22 nəfər ölüb, 3 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, Quayaquil şəhərinin Nueva Prosperina rayonundakı gecəqonduda dəstələr arasında toqquşma baş verib.Qarşıdurmada 22 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.