EN

Azərbaycanda gübrə və azot birləşmələrinin istehsal həcmi artıb

Bu ilin yanvar ayı ərzində Azərbaycanda 61,2 min ton gübrə və azot birləşmələri istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 3,5 faiz və ya 2,1 min ton çoxdur.

Finss.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvarında istehsal həcmində 1,3 faiz artım qeydə alınıb.

Bu ilin fevral ayının 1-nə hazır məhsul ehtiyatı 55,3 min ton təşkil edib.

Fuad Mədətov
Finss.az

Chosen
57
1
fins.az

2Sources