EN

Rusiya ABŞ ilə sanksiyaların ləğvini müzakirə etmir - Zaxarova

"Biz sanksiyaların ləğvi məsələsini danışmırıq və müzakirə etmirik". 

News365.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, sanksiyalar BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyincə legitim deyil:

"Qalan hər şey ticarət müharibələrinin, hibrid müharibələrin, təzyiqlərin, daxili işlərə müdaxilənin, ölkələr arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın beynəlxalq hüquqi əsaslarının məhv edilməsinin silahıdır".

Chosen
10
news365.az

1Sources