EN

“Aİ-nin qarşıdurma ritorikası Ukraynada sülhə kömək etmir” - Peskov

“Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qarşıdurma xarakterli bəyanatları Ukrayna nizamlanmasına çətinlik yaradır”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“İndi Brüsseldə və Avropa paytaxtlarında gördüyümüz qarşıdurma ritorikası və düşüncəsi, əlbəttə ki, Ukrayna ətrafında vəziyyəti sülh yolu ilə həll etmək yollarını tapmaq əhval-ruhiyyəsi ilə ciddi şəkildə ziddiyyət təşkil edir”, - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
38
missiya.az

1Sources