EN

Qadınlara məscidlərdə namaz qılmaq qadağan edildi

14:50 07.03.2025
14:50 07.03.2025

Əfqanıstanda Taliban hərəkatının formalaşdırdığı hökumətin məmurları qadınlara namaz qılmaq üçün məscidlərə getməyi qadağan ediblər.

Mynews.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.

Herat vilayətindəki mənbələr bildiriblər ki, yeni məhdudiyyətlər barədə məlumat əhaliyə imamlar vasitəsilə şifahi olaraq çatdırılıb. Artıq qadınların məscidlərdə cümə namazlarında iştirak etməsinə icazə verilmir, halbuki əvvəllər onlar üçün məscidlərdə ayrıca otaqlar düzəldilmişdi.


Chosen
42
10
mynews.az

10Sources