EN

"Bu sülh deyil, xaos gətirəcək"

“Qəzza fələstinlilərə məxsusdur."

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Vanq Yi deyib.

O, ABŞ prezidenti Donald Trampın Qəzzanı “ələ keçirmək” və bölgədə yaşayan fələstinliləri qonşu ölkələrə yerləşdirmək planına qarşı çıxıb

Nazir Vanq Çin Xalq Nümayəndələri Konqresinin illik ümumi yığıncağı çərçivəsində paytaxt Pekində “Çinin xarici siyasəti və xarici əlaqələri” adlı mətbuat konfransı keçirib.

"Qəzza fələstinlilərə məxsusdur, Fələstin ərazisinin ayrılmaz hissəsidir. Qəzzanın statusunun güc yolu ilə dəyişdirilməsi sülh deyil, xaos gətirəcək", - deyəo bildirib.

Chosen
21
operativmm.az

1Sources