EN

Azərbaycan yelkənçiləri Portuqaliyada keçiriləcək beynəlxalq turnirə qatılacaqlar

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycan yelkənçiləri aprel ayında Portuqaliyada keçiriləcək iki beynəlxaq turnirdə çıxış edəcəklər.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 2011-2014-cü il təvəllüdlü uşaqlar arasında əvvəlcə aprelin 8-10-da “2025 ILCA6 Youth Warm Up”, aprelin 12-19-da isə Avropa çempionatı təşkil olunacaq.

Komandalarımız hər iki yarışa üç idmançı ilə yollanacaq.

Qeyd edək ki, hər iki beynəlxalq turnir Portuqaliyanın Vilamoura şəhərində təşkil olunacaq.

Chosen
21
2
azertag.az

3Sources