EN

Qiyas Süleyman saxlanıldı

Cəbla və Tartusda başlayan üsyana rəhbərlik edən Qiyas Süleyman Suriya təhlükəsizlik qüvvələri tərəfindən əsir götürülüb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Qeyd olunur ki, Süleyman bir neçə gün əvvəl Suriyanın Azadlığı üzrə Hərbi Şura yaradıb.

Bundan əvvəl Suriyada təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında şiddətli toqquşmaların baş verdiyi və nəticədə onlarla insanın öldüyü bildirilirdi.

Chosen
71
1
publika.az

2Sources