EN

“Vətəndaş pensiyaya 2 il qalmış işdən çıxarılmamalıdır”

“Azərbaycanda pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməməlidir”.

News24.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Millət vəkili qeyd edib ki, məruzədə pensiya yaşına az qalmış işsiz şəxslərin məşğulluğu məsələsi qeyd olunur və bu, vacib məqamdır: “Bununla yanaşı, pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması mühümdür. Belə ki, bəzi vətəndaşlarımız pensiya yaşına az qalmış işdən azad olunurlar və daha sonra işlə təminatda çətinliklə üzləşirlər.

Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına 2 ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. Belə praktika bir sıra digər dövlətlərdə də tətbiq olunur. O baxımdan daha məqsədəuyğun olardı ki, Azərbaycanda da pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin. Bu onların sosial hüquqlarının qorunması baxımdan vacibdir”./qafqazinfo

Chosen
72
25
news24.az

10Sources