EN

Avrokubokların məğlubedilməzi

Çempionlar Liqası və Avropa Liqası iştirakçıları arasında məğlubiyyətsiz qalan bir komanda var.

Msport.az xəbər verir ki, “Mançester Yunayted” cari Avropa Liqasında məğlub olmadan seriyasını davam etdirir.

İngiltərə klubu 1/8 finalda “Real Sosyedad”la 1:1 hesablı heç-heçə edib. “Qırmızı şeytanlar” buna qədər 5 qələbə qazanıb, 3 dəfə rəqibləri ilə xalları bölüb.

Bu mövsüm Çempionlar Liqası və Avropa Liqasında iştirak edən 72 komanda arasında yalnız “Mançester Yunayted” uduzmayıb. ÇL-də yoluna davam edən “Barselona”, “Liverpul”, “Arsenal” və “İnter”in hərəsinin bir məğlubiyyəti var. Avropa Liqasında isə “Latsio”, “Atletik”, “Lion” və “Olimpiakos” bir dəfə uduzub.

Chosen
65
msport.az

1Sources