EN

Türkiyə klubunun azərbaycanlı futbolçuya ödədiyi məbləğ

Türkiyənin “Bursaspor” klubunun azərbaycanlı futbolçu Namik Ələskərova ödədiyi təzminat bəlli olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Hazırda TFF 3-cü liqasında (səviyyəcə 4-cü liqa) çıxış edən Bursa təmsilçisi 30 yaşlı yarımmüdafiəçəyə ümumilikdə 424 min avro (təxminən 755 min manat) ödəniş edib.

Qeyd edək ki, 2021-ci ilin yayında “Neftçi”dən “Bursaspor”a 50 min avro qarşılığında keçən Namik Ələskərov 2022-ci ilin yayında “Sabah”a transfer olunub.

Chosen
33
veteninfo.az

1Sources