EN

Android istifadəçiləri üçün yeni təhlükə

Android cihaz sahibləri üçün yeni təhlükə aşkarlanıb. Kiberfırıldaqçılar Teleqram vasitəsilə yayılan zərərli virusla istifadəçilərin hesablarını və şəxsi məlumatlarını ələ keçirməyə çalışırlar.

Redaktor.az xəbər verir ki, bu barədə “Exploit” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, fırıldaqçılar zərərli proqramı video şəklində gizlədərək yayırlar. Faylı açmağa çalışan istifadəçilər əvvəlcə səsli zənglərlə qarşılaşır. Daha sonra isə ekranda brauzerə keçmək və video oynatma proqramını yeniləmək üçün tələb görünür. Lakin bu proses əslində istifadəçilərin cihazlarına zərərli proqramın yüklənməsinə səbəb olur.

Mütəxəssislər bildirir ki, kibercinayətkarlar əsasən Teleqram botlarından istifadə edərək insanları aldadır və zərərli proqramı işə salmağa təşviq edirlər. “Android istifadəçiləri, ehtiyatlı olun!” – deyə “Exploit” kanalı xəbərdarlıq edib.

Xatırladaq ki, bundan əvvəl də rusiyalı istifadəçilərə WhatsApp vasitəsilə yeni fırıldaqçılıq sxemi barədə xəbərdarlıq edilmişdi. Kiberhücumçular messencer hesablarını icarəyə götürməyi təklif edərək şəxsi məlumatları ələ keçirməyə çalışırdılar.

Aytəkin TOFİQQIZI

Chosen
47
redaktor.az

1Sources