Polis 18 il əvvəl Sankt-Peterburqda itkin düşən şəxsi saxlayıb.
Herbiand.az bildirir ki, bu barədə REN TV məlumat yayıb.
2007-ci ilin sentyabrında 14 yaşlı Dmitri Eqorov gəzintiyə çıxıb, lakin bir daha evə qayıtmayıb. Yaxınları yeniyetmənin itkin düşməsi barədə polisə məlumat verib.
Martın 6-da bir nəfər pasport ofisinə sənədlərini dəyişdirmək xahişi ilə müraciət edib. Araşdırma zamanı məlum olub ki, həmin şəxs itkin düşən gəncdir.
Hüquq-mühafizə orqanları hadisənin bütün hallarını aydınlaşdırmaq üçün araşdırma aparır.
Bəxtiyar CƏFƏRLİ