EN

HƏMAS Trampa məktub göndərib

Bu barədə qruplaşmanın rəhbər şəxslərindən biri Basim Nəim Donald Trampa açıq məktub ünvanlayıb.

"Prezident Tramp israilli əsirlərin dözülməz əzabından danışırsa, fələstinli məhbuslara da eyni səviyyədə hörmət göstərməli, onlarla görüşüb dərdləşmək üçün vaxt ayırmalıdır",- Nəim yazır.
Rubio: "Trampın səbri tükənir"

Onun sözlərinə görə, hazırda İsrail həbsxanalarında 9500-dən çox fələstinli məhbus saxlanılır.

Xatırladaq ki, yanvarın 19-da İsrail ilə Fələstinin HƏMAS qruplaşması arasında üçmərhələli atəşkəs və əsir mübadiləsi üzrə saziş qüvvəyə minib. Ötən gün Donald Tramp Ağ Evin Oval Ofisində mübadilə çərçivəsində sərbəst buraxılmış 8 israilli ilə görüş keçirib.

Firudin Həmidli
AzVision.az
Chosen
18
azvision.az

1Sources