ABŞ Gömrük və Sərhəd Mühafizəsi Puerto-Rikonun qərb sahilinə çatmağa cəhd edən miqrant aparan qayığı saxlayıb.
Sərhəd xidməti bildirib ki, qayıqda beş nəfər olub: Rusiyadan olan bir kişi və qadın və Dominikan Respublikasından üç kişi. Mətbuat xidmətinin məlumatına görə, hadisə fevralın 28-də baş verib. Sahil mühafizəçiləri Aguadilla sahil qəsəbəsindən təxminən 5 mil (9 km) qərbdə naviqasiya işıqları olmadan səyahət edən qaçaqmalçılıqda şübhəli bilinən qayıq aşkar ediblər. Puerto-Riko polisi və ABŞ Sahil Mühafizəsi qayığın qarşısını alıb.
Biometrik məlumatlar yoxlanıldıqdan sonra məlum olub ki, Dominikan Respublikasından olan miqrantlardan biri cinayət törətdiyinə görə deportasiya edilib. Rusiya vətəndaşları isə deportasiya olunmaq üçün ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə təhvil verilib.
Qayığın saxlandığı Raimi sektoru Puerto-Riko və ABŞ-ın Virgin adalarının ərazisini əhatə edir. Bu, kontinental ölkə hüdudlarından kənarda yerləşən ABŞ-ın yeganə sərhəd sektorudur.
//Samir Qurbanov, Editor.az