Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 11-də Qazaxıstana rəsmi səfər edəcək.
Bu barədə “Report”un yerli bürosu Qazaxıstanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
Səfər çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu ilə danışıqların aparılması planlaşdırılır.
XİN başçıları arasında danışıqların yekunu üzrə Qazaxıstan və Azərbaycanın Xarici İşlər Nazirlikləri arasında Fəaliyyət Planının imzalanması planlaşdırılır.