EN

Bakıda 5 yaşlı uşaq binadan yıxıldı

Bakıda bədbəxt hadisə baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə Köhnə Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, 5 yaşlı uşağın anası onu evdə tək qoyaraq mağazaya gedib. Mənzilə qayıdan qadın övladının evdə olmadığını görüb. Sonra üçüncü mərtəbədəki mənzilin eyvanından yerə baxan ana övladının yerdə olduğunu görüb. Azyaşlı dərhal paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıb. Reanimasiyaya yerləşdirilən azyaşlının vəziyyətinin ağır olduğu bildirilir. 

 

Chosen
20
6
manset.az

7Sources