EN

"İnter" Çalhanoğlunun yerinə namizəd tapdı

"İnter" 31 yaşlı yarımmüdafiəçi Hakan Çalhanoğlunun yerinə namizəd tapıb.

Publika.az xəbər verir ki, Türkiyə millisinin üzvü yayda İtaliya klubunu tərk etmək istəsə, onu "Liverpul"un yarımmüdafiəçisi Körtis Cons əvəz edə bilər. Bu barədə "InterLive" məlumat yayıb.

Bildirilir ki, mersisaydlıların baş məşqçisi Arne Slot Consu əsas komandanın oyunçusu kimi görmür. Bu, 24 yaşlı ingilis futbolçunun komandadan ayrılmasına səbəb ola bilər.

Cons bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir. "Transfermarkt"a görə, onun bazar dəyəri 45 milyon avrodur.

Chosen
33
publika.az

1Sources