EN

Amerikalıların 50%-i Kanadanın ABŞ-a birləşdirilməsini dəstəkləyir

ABŞ sakinlərinin yarısı Kanadanın ABŞ-a qoşulması ideyasını bəyənir.

Korrespondent.az xəbər verir ki,  müvafiq sorğunun nəticələrini Rasmussen Reports dərc edib.

Qeyd olunur ki, ABŞ-da ehtimal olunan seçicilərin 50%-i Kanada əyalətlərinin öz ölkələrinin bir hissəsi olmaq arzusunu ifadə etməsinə müsbət yanaşır.

Onların 24%-i belə bir qərarı aktiv şəkildə dəstəkləməyə hazırdır.

Bununla belə, sorğu həm də iştirakçıların 35%-nin ABŞ-ın belə genişlənməsinə qarşı olduğunu göstərib.

Chosen
5
1
korrespondent.az

2Sources