EN

Amorim: “Real Sosyedad”la matçda penalti öz işini gördü”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasının 1/8 finalının “Real Sosyedad”la ilk oyununu (1:1) şərh edib.

Arena.az “Mançester Yunayted”in rəsmi saytına istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Düşünürəm ki, penaltiyə qədər biz yaxşı oynayırdıq. Amma ardınca qapımıza penalti təyin edildi, mənə belə gəlir ki, bu, oyunun gedişini azacıq dəyişdi. Mən hiss etdim ki, son 20 dəqiqədə komandam azacıq yorulub, bu, rəqibə oyunun sonlarında nəzarəti əlinə almağa həmçinin kömək etdi. Penaltiyə qədər oyuna biz nəzarət edirdik, biz fürsətlərə malik idik. Vurduğumuz qoldan sonra biz yaxşı nəzərə çarpırdıq, belə ki, ikinci qola da yaxın idik. Amma…”, deyə Amorim gerçəklə barışıb.

Cavab oyunu çərçivəsində “Mançester Yunayted” “Real Sosyedad”ı martın 13-də “Old Trafford”da qəbul edəcək.

Əlavə edək ki, “qırmızı şeytanlar” Avropa Liqasının qalibi olmağa əsas namizəd qəbul edilirlər.

Chosen
24
arena.az

1Sources