EN

Zelenski Trampın qəzəbindən qurtulmaq üçün bu ölkəyə qaçacaq: Sensasion iddia

İqtisadçı Mixail Xazin Ukrayna prezidenti Vladimir Zelenskinin məğlubiyyətin qaçılmaz olduğunu anlayanda hara qaça biləcəyini deyib.

Publika.az xəbər verir ki, bu barədə "Tsargrad" məlumat yayıb.

Mütəxəssisin fikrincə, Zelenski özünü tələyə salıb və xilas olmaq üçün bir neçə variantı var.

“Trampın qəzəbindən qurtulmaq çox çətin olacaq”, - deyə Xazin qeyd edib.

O, Zelenskinin sığınacaq variantları arasında Moskvanın adını çəkib, lakin müharibə cinayətləri və terrorizmi nəzərə alaraq, bu variant son çarə kimi istifadə edilə bilər.

Mixail Xazinin sözlərinə görə, Zelenski Çin Xalq Respublikasına və ya İsrailə sığına bilər.

Chosen
41
1
publika.az

2Sources