EN

"Baywatch"un ulduzu Pamela Bax intihar edib

"Baywatch" serialındakı rolu ilə tanınan və David Hasselhoffun keçmiş həyat yoldaşı Pamela Bax 61 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Aktrisanın uzun müddət əlaqə saxlamamasından narahat olan yaxınları onu evdə tapıblar. Polis güllə yarasından öldüyünü təsdiqləyib. Hadisə yerində heç bir intihar qeydi tapılmayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, aktrisanın meyiti martın 5-də axşam saat 22 radələrində Los-Ancelesdəki evində qohumları tərəfindən aşkar edilib. Bundan əvvəl bir neçə gün ərzində Pamela yaxınları ilə əlaqə saxlamayıb. Həkimlər onun yerindəcə öldüyünü müəyyən ediblər.

Pamela Baxın yaradıcılıq karyerası 1983-cü ildə rejissor Frensis Ford Koppolanın çəkdiyi "Rumble Fish" filmindəki rolu ilə başlayıb. Aktrisa məşhur "Baywatch", "The Young and the Restless", "T.J Hooker" seriallarında oynadığı rollarla tamaşaçıların yaddaşında qalıb. Sonuncunun çəkilişlərində David Hasselhoff ilə tanış olub. Onların evliliyi 16 il davam edib və 2006-cı ildə boşanma ilə başa çatıb.

Chosen
17
far.az

1Sources