EN

DSMF Birləşmiş Krallığın “Global Brands Magazine” jurnalının müsabiqəsində ali mükafatla təltif edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) Birləşmiş Krallıqda yerləşən “Global Brands Magazine” jurnalının “Global Brand Awards” beynəlxalq müsabiqəsində uğur qazanaraq “Dövlət Xidmətlərində Ən Yaxşı Rəqəmsal Transformasiya Təşəbbüsü” ali mükafatına layiq görülüb.

 

DSMF-nin müsabiqə işi innovasiyaya sadiqlik, xidmət keyfiyyəti, brend mükəmməlliyi və vətəndaşla iş təcrübəsi kimi meyarlar üzrə seçildiyi üçün müsabiqənin “Public Sector & Government Awards” kateqoriyası üzrə qalib elan olunub. 

 

Fondun adı beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki qaliblər siyahısına daxil edilib. 

    

Müsabiqədə DSMF ilə yanaşı, ABŞ, Yaponiya, İspaniya, BƏƏ, Avstraliya, Kanada, Almaniya, Meksika, Oman və bir sıra digər ölkələrldən olan dövlət və özəl qurumları iştirak edib.

 

Qeyd edək ki, bu mükafat 2021–2025-ci illər ərzində DSMF-nin layiq görüldüyü 59-cu beynəlxalq mükafatdır.

Chosen
44
6
qht.az

7Sources