EN

Ukraynanın Aİ-yə Üzvlüyü Təhlükəsizlik Üçün Təhdiddir - Orban

BAKI,TurkicWorld

Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olmasın ictimai təhlükəsizlik üçün ciddi təhdiddir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban deyib.

Orbanın sözlərinə görə, Ukrayna yüksək ictimai təhlükəsizlik səviyyəsinə malik deyil və bu səbəbdən Ukrayna vətəndaşlarının Aİ daxilində sərbəst hərəkətinə icazə vermək məsuliyyətsiz bir addım olar.

Bundan əlavə, Ukraynanın kənd təsərrüfatı məhsullarının Aİ bazarına daxil olması bir çox ölkələrin fermerləri üçün təhlükə yaradır.

"Ukrayna məhsulları çox ucuzdur və bu, Aİ daxilində bir çox sənaye sahələrinə ciddi zərbə vuracaq. Bu, Budapeşt üçün qəbuledilməzdir", – deyə Orban vurğulayıb.

Bundan əvvəl Viktor Orban Ukraynaya hərbi yardımın davam etdirilməsinin Avropanı məhv edəcəyini bildirmişdi.

O, Avropa ölkələrini ABŞ-ın nümunəsini izləməyə və Kiyevə silah göndərməkdən imtina etməyə çağırıb.

Chosen
12
turkic.world

1Sources