EN

AFFA “Turan Tovuz”u 800 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı bəzi qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, iclasda bu iki liqanın son turundakı qayda pozuntularına aşağıdakı kimi hüquqi qiymət verilib.

Azərbaycan Premyer Liqası, 25-ci tur

“Turan Tovuz” – “Zirə” oyununda “Turan Tovuz”un azarkeşləri tərəfindən kənar əşya atıldığına görə Tovuz klubu 800 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 25-ci tur

“Səbail-2” – “Şamaxı-2” görüşündə oyun günü planı pozulduğuna görə “Səbail” komandası 100 manat cərimə edilib. Oyunun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Səbail” komandası 80 manat cərimə edilib.

“Sumqayıt-2” – “Qarabağ-2” görüşündə oyun günü planı pozulduğuna görə “Sumqayıt” komandası 100 manat cərimə edilib. Oyun bitdikdən sonra “Qarabağ”ın futbolçusu Nihad Mollayev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb, “Qarabağ” komandası 300 manat cərimə edilib.

“Sabah-2” – “Araz-Naxçıvan-2” oyununun 88-ci dəqiqəsində “Sabah”ın futbolçusu Emil Əmirov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb. “Sabah-2” buna görə 100 manat cərimə edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz”də 5 nəfər sarı vərəqə aldığına görə “Kəpəz” 70 manat cərimə edilib.

Chosen
34
arena.az

1Sources