EN

Paris: Şimal vağzalında İkinci Dünya müharibəsindən qalan bomba tapılıb, qatarların hərəkəti dayandırılıb

Paris, 7 mart, AZƏRTAC

Parisin Şimal vağzalında (Gare du Nord) İkinci Dünya müharibəsindən qalan bomba tapılıb.

AZƏRTAC xəbər verir ki, Parisin Şimal vağzalında bütün qatarların hərəkəti dayandırılıb. Dünən təmir işləri zamanı Sent-Deni kommunasında relslərin ortasında mərmi aşkarlanıb. Vağzaldakı sərnişinlər təşviş yaşayıb. Vağzala daxil olan və çıxan qatarların hərəkəti bu gün tamamilə kəsilib. Heç bir qatar - TGV, Eurostar, RER və TER işləməyib. Milli Dəmir Yolları şirkəti bildirib ki, hərəkət yalnız hazırda Paris polis qərargahının mütəxəssis xidmətləri tərəfindən təşkil edilən minalardan təmizləmə əməliyyatları bitdikdən sonra bərpa oluna bilər.

Sərnişinlərdən səfərlərini təxirə salmaq xahiş olunub.

Şimal vağzalı hər gün qəbul etdiyi sərnişinlərin sayına görə Avropada birinci olduğu üçün əks-səda güclü olub.

Bir çox Avropa ölkələrindən gələn və bu ölkələrə gedən bütün Eurostar qatarları ləğv edilib.

Chosen
7
azertag.az

1Sources