Suriyada YPG/PKK-nın nəzarətində olan ərazilərin gələcəyi yalnız Şam hökuməti ilə SDG arasında aparılan danışıqlardan deyil, ABŞ və Türkiyənin mövqeyindən də asılıdır.
News365.az xəbər verir ki, bu barədə "Anadolu" Agentliyinə istinadən xəbər verir.
Belə ki, politoloq Oytun Orhan bu prosesi təhlil edib.
Onun sözlərinə görə, Suriyada Baas rejiminin çökməsi ilə yeni bir dövr başlanıb. Lakin bu yeni dövr, mərkəzi hakimiyyətin yenidən bərpa edilməsi kimi vacib çətinliklər yaradır.
Politoloq bildirib ki, Şam hökuməti, xüsusilə YPG/PKK-nın nəzarət etdiyi ərazilərlə bağlı mühüm addımlar atmağa çalışır:
"SDG ilə aparılan danışıqlarda bəzi məsələlərdə razılıq əldə edilsə də, hələ də bəzi əsas məsələlərdə anlaşılmazlıq qalır".