EN

"Fənərbağça"nın futbolçusu zədə səbəbindən 1 ay yaşıl meydanlardan kənar qalacaq

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Çağlar Söyüncü zədə səbəbindən 1 ay yaşıl meydanlardan kənar qalacaq.

"Report" "Fanatik"ə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb.

O, UEFA Avropa Liqasının 1/8 finalında “Reyncers”ə (Şotlandiya) qarşı ilk oyunda sıradan çıxıb.

Qeyd edək ki, İstanbulda baş tutan qarşılaşma "Fənərbağça"nın 1:3 hesablı məğlubiyyəti ilə bitib.

Chosen
80
1
report.az

10Sources