ABŞ İran hökumətinin beynəlxalq maliyyə sisteminə çıxışını kəsəcək.
News24.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.
“Əgər iranlı olsaydım, bütün pullarımı xarici valyutaya çevirərdim. Bizim yenilənmiş sanksiyalar siyasətimizin başlanğıcı İran iqtisadiyyatının məğlubiyyəti olacaq. İranın neft sektorunu və PUA istehsalı imkanlarını bağlayacağıq”, - Skott Bessent bildirib./axar.az