EN

Bərdə rayonunun avtomobil yollarının əsaslı təmirinə 1.5 milyon manat ayrılıb - SƏRƏNCAM

Bakı. Trend:

Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli vəAlpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri iləbağlı vəsait ayrılıb.

Trend xəbər verir ki, bununlabağləı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, on beş min nəfər əhalinin yaşadığı 11 yaşayışməntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli vəAlpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiriməqsədilə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsindədövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdətutulan vəsaitin bölgüsü”nün 1,5 milyon (bir milyon beş yüz min)manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-cihissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinindavam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini AzərbaycanRespublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslıvəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutulub.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdanirəli gələn məsələləri həll etməlidir.

Chosen
14
43
az.trend.az

10Sources