EN

Qadınların bayram üçün arzuları – ARAŞDIRMA

Sabah “8 Mart” Beynəlxalq qadınlar günüdür. Bəs, bu incə varlıqlar bayramla bağlı nə istəyir, nə arzulayır?

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, aparılan araşdırmalar və sakinlərdən alınan məlumatlardan da görünür ki, qadınlar əslində çox şey istəmirlər – onlara lazım olan əsas qayğı, diqqət və nəvazişdir.

Sakinlərin sözlərinə görə, qadın xoşbəxt olmaq istəyir. Bu onun bütün həyatını dəyişdirən və ətrafına işıq saçmasına kömək edən yeganə amildir. Onların sözlərinə görə, “Qadın xoşbəxtliyi” dedikdə evli xanımın ailəsinin sağlam olması, huzur dolu ailədə sağlam düşüncəli övladlar böyütməsi və s. kimi amillər nəzərdə tutulur.

Digər tərəfdən, qadınlar cəmiyyətdə bərabər hüquqlu olmaq, işlə təmin olunan zaman qərarverici qüvvələr sırasında olmaq və cəmiyyətdə əsas yerlərdən birini tutmaq istəyirlər.

Sosioloq Nailə İsmayılova məsələ ilə bağlı bildirib ki, uşaq vaxtdan qız övladları daha çox nəvaziş və qayğı ilə əhatə olunduğu üçün bu hiss onları böyüyəndə də tərk etmir. Qadınlar valideynləri tərəfindən gördükləri diqqət və qayğını ailə həyatı qurduqdan sonra da öz ailəsindən gözləyirlər. Həyat yoldaşı tərəfindən bu diqqəti gördükdən sonra onlar özlərini xoşbəxt bir qadın hesab edirlər.

Klinik psixoloq Aysel Sərkarlı isə məsələyə münasibət göstərərək bildirib ki, qadınlar diqqət və qayğıdan başqa dinlənilmək, eşidilmək və dəstəklənmək arzusundadırlar:

“Qadınların əsas istədikləri məsələ qarşı cins tərəfindən dinlənilməkdir. Çünki, onlar dinlənildiklərini və anlaşıldıqlarını hiss etdikləri zaman özlərini xoşbəxt hiss edirlər”.

Bütün bu deyilənlərdən bir nəticəyə gəlmək olar ki, qadınlar azad bir şəkildə istər şəxsi həyatlarında, istərsə də, karyera sahəsində özləri müstəqil bir şəkildə qərar verərək həyatlarını özləri qurmaq arzusundadırlar.

Əslində zəif deyil, zərif olan bu varlıqları ək maddi cəhətdən deyil, əsasən mənəvi cəhətdən təmin etməklə onların sayəsində qalan bütün problemləri tez bir zamanda aradan qaldırmaq olar.

Müəllif: Türkan_zadə

Chosen
8
heftelik.az

1Sources