Qazaxıstanın Almatı Beynəlxalq Hava Limanında naməlum kişi qadını girov götürüb.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə daxili reyslər terminalında baş verib.
Aeroport əməkdaşlarının sözlərinə görə, həmin şəxs özünü sərnişin kimi təqdim edərək uçuşdan əvvəl yoxlama zonasına yaxınlaşıb.
Mühafizəçilər ondan sənədlərini göstərməsini istəyiblər və o, cavab olaraq mühafizəçilərdən birinin saçından tutub və bıçaqla hədələyib.
Qeyd olunur ki, orada olan şəxslərdən biri girovu özü ilə dəyişməyi xahiş edib. Yayındırıcı söhbətlərlə girova hücum edənin ayıq-sayıqlığını zəiflədərək onun əlindən bıçağı almaq mümkün olub. Daha sonra polis əməkdaşları yaxınlaşıb hücum edən şəxsi saxlayıblar.
Həmidə İbrahimova