Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan yelkənçiləri aprel ayında Sloveniyada keçiriləcək beynəlxalq turnirlərdə çıxış edəcəklər.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, 2011-2014-cü il təvəllüdlü uşaqlar arasında aprelin 12-21-də Portoroj şəhərində “Optimist” sinfi üzrə hazırlıq düşərgəsi və “Easter Regatta” yarışı təşkil olunacaq.
Komandamız bu turnirə 6 idmançı ilə yollanacaq.