EN

Qatar bələdçilərinə bu qadağan edildi –Cərimə iki dəfə artırıldı

Dəmir yolu nəqliyyatında sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə də cərimə ediləcək.

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Məcəlləyə əsasən, dəmir yolu nəqliyyatında sərnişin biletsiz getməyə görə otuz manat məbləğində cərimə edilir. Layihəyə əsasən, müvafiq qaydada ödəniş etmədən gedən sərnişinlər də 30 manat cərimələnəcək.

Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə cərimələr isə 2 dəfə artırılır. Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz və ya müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə 80 manat məbləğində cərimə ediləcək. Müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Qeyd edək ki, hazırda Bakı Dəmiryol Vağzalından qatarlara biletsiz daxil olmaq mümkün deyil. İstər şəhərlərarası, istərəsə də paytaxtdaxili qatarlar üçün ödəniş əvvəlcədən edilir. Biletlər və ödənişlər rəqamsal qaydada həyata keçirilir.

Lakin regionlarda bu sistem hələ tam işlək deyil. Xatırladaq ki, qatarlara giriş zamanı bələdçilər bilet və şəxsiyyət vəsiqəsini yoxlayaraq sərnişini qatara buraxır. Əgər bunlardan biri olmazsa sərnişin qanunla qatara buraxılmamalıdır.

Amma bəzən qatar bələdçiləri  ilə  “anlaşan” sərnişinlər biletsiz qatra daxil ola bilirdi. Hazırda isə bu əmələ görə bələdçilərin cərimə məbləği iki dəfə artıb. Bununla da biletsiz sərnişinlərin qatarlarda hərəkəti məhdudlaşa bilər.

Lakin bunun yoxlanması prosesi necə keçiriləcək? Biletsiz sərnişinləri kim aşkar edəcək? Əvvəllər bunun üçün nəzarətçilər var idi. Yəqin ki, biletlərin və qatar bələdçilərinin yoxlanmasını da onlar həyata keçirəcək.

 

Chosen
17
azpost.info

1Sources