Yapon baş nazirin prezidentlə gülməli əhvalatı
Qlobal.net Mori ilə Klinton arasında yaranmış maraqlı əhvalatı təqdim edir:
Yaponiyanın baş naziri Yoshiro Mori (2000-2001) ABŞ prezidenti Bill Klintonla (1993-2001) görüşməzdən əvvəl tərcüməçisi ona deyib:
“Cənab Klintonla əl sıxışanda ondan belə soruşun: "How are you? (“Necəsən?”). Klinton belə cavab verəcək: ""Fine, and how are you?" (“Əlayam, sən necəsən?”). Siz də ona belə cavab verməlisiniz: "Ме tоо" (“Mən də”). Bundan sonra mən tərcüməçi kimi işə başlayacağam”.
Görüş zamanı prezident Klinton və baş nazir Mori üz-üzə gələndə yapon siyasətçi sözləri tələffüz edərkən bir balaca çaşır və "How are you?" demək əvəzinə soruşur: "Who are you? (“Sən kimsən?”). Klinton yüngülvari zarafat etmək qərarına gəlir və cavab verir: “I am Hillary Clinton's husband...” (“Mən Hillari Klintonun əriyəm...”). Mori deyir: “Me too” ("Mən də...").
Murad
Qlobal.net