Dərs günlərinin yeri dəyişdirilib.
Bu barədə APA-ya MÜTDA-dan məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 10 mart istirahət gününün yeri 27 mart iş günü ilə dəyişdirilib.
"Martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə aid dərslər tədris olunmalıdır", - məlumatda qeyd olunub.