Xaçmaz rayonunda şəhid analarının və həyat yoldaşlarının eləcədə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan fəal qadınların iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül çiçək dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.










