EN

Əfqanıstanda qadınların camaat namazında iştirakına qadağa qoyulub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" hərəkatı qadınların camaat namazını qılmaq üçün məscidlərə getməsini qadağan edib.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə Herat əyalətindəki mənbələrə istinadən "Etilaatroz" nəşri məlumat yayıb.
Məhdudiyyətlərlə bağlı məlumatlar əhaliyə şifahi formada, məscid imamlarının vasitəsilə çatdırılıb.
Qeyd edək ki, artıq bundan sonra qadınların məscidlərdə cümə namazına getməsinə icazə verilmir, baxmayaraq ki, əvvəllər ibadət məkanlarında onlar üçün ayrıca otaqlar ayrılmışdı.
Chosen
13
3
oxu.az

4Sources