EN

“Mançester Yunayted” bunu bacaran yeganə komandadır

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real Sosyedad”la 1:1 hesablı heç-heçə edən “Mançester Yunayted” cari mövsümdəki uğurlu seriyasını davam etdirir.

News24.az xəbər verir ki, “qırmızı şeytanlar” Avropa Liqasının və Çempionlar Liqasının 72 klubu arasında cari avrokubok mövsümündə heç bir oyunda məğlub olmayan yeganə komanda olaraq qalır. Ümumilikdə, 2024/2025 mövsümündə komanda Avropa Liqasında doqquz oyun keçirib. Bunların 5-də qalib gəlib, 4 dəfə heç-heçə edib.

Qeyd edək ki, “Mançester Yunayted”in “Real Sosyedad”la cavab oyunu martın 13-də keçiriləcək./Publika.az


Chosen
11
1
news24.az

2Sources