EN

Alimlər təbii antibiotik kəşf etdilər

Avropa Tədqiqat Şurasının (ERC) dəstəklədiyi ekspertlər yoluxucu xəstəliklərin müalicəsinə təsir edəcək yeni kəşf ediblər.

Publika.az xəbər verir ki,bu kəşf “Nature” jurnalında “İnsan hüceyrələri üçün müdafiə strategiyası olaraq antibiotiklərə çevrilən zülal tullantıları” başlıqlı məqalədə dərc olunub. Mütəxəssislər hüceyrələrdə zülalları parçalayan "proteazomların" bakterial infeksiyaya qarşı immunitet sisteminə töhfə verdiyini müəyyən ediblər.

“Trash-minning” adlı elmi prosesin bir hissəsi olaraq laboratoriyada yetişdirilən bakteriyalar və sepsisli siçanlar üzərində sınaqlar aparılıb. Bu prosesdə hüceyrələri laboratoriyada çıxarılan və proteazomu sıradan çıxmış Salmonella kimi bakteriyalara yoluxmaq asanlaşıb.

Zülalları təkrar emal edən proteazomun bakteriya öldürücü kimyəvi maddələrin anbarını yaradan gizli mexanizmə malik olduğu müəyyən edilib. Məlum oldub ki, hüceyrə daxilində proteazomlar bakteriyaları aşkar edə və onların böyüməsini dayandırmaq üçün əks müdafiə qura bilirlər.

"Bu tapıntılar yoluxucu xəstəliklərlə mübarizə üçün əvvəllər naməlum olan terapevtik strategiyalara yol aça bilər", - məqalədə deyilir.

Chosen
20
1
publika.az

2Sources