Bu ilin yanvar-fevral aylarında Azərbaycanın müxtəlif bölgələrində meyvə bağlarına qar yağması və şaxtavurma (donvurma) hadisələri ilə bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə 30-a yaxın müraciət daxil olub.
Bu barÉ™dÉ™ "Report"un sorÄŸusuna cavab olaraq Fonddan bildirilib.Â
Məlumata görə, əsas müraciətlər Lənkəran, Yevlax, Şəmkir, Xaçmaz, Qax, Ağdaş və Ağstafa rayonlarından daxil olub.
Şaxtavurmadan zərər görmüş meyvə bağları əsasən limon, mandarin, şaftalı, nektarin, ərik, badam, gilas, gavalı və fındıq bağlarıdır.
Bütün müraciətlər qeydə alınıb və araşdırılması üçün təsərrüfatlara müstəqil aqrar sığorta ekspertləri yönləndirilib. Hazırda araşdırmalar davam edir.
Aqrar sığorta çərçivəsində meyvə bağları və əkin sahələri dolu, fırtına, qasırğa, sel-subasma, doluvurmadan keyfiyyət itkisi, leysan yağışları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalanır.
DövlÉ™t dÉ™stÉ™yi ilÉ™ tÉ™qdim olunan aqrar sığorta mexanizminÉ™ É™sasÉ™n sığorta haqqının 50%-ni dövlÉ™t ödÉ™yir. Bu da fermerlÉ™rÉ™ cüzi ödÉ™niÅŸlÉ™ É™kin sahÉ™lÉ™rini vÉ™ meyvÉ™ baÄŸlarını sığortalamaq imkanı yaradır.Â