EN

SOCAR-ın “Yaşıl istiqraz”larına 510 sifariş təqdim edilib

Bu gün Bakı Fond Birjası (BFB) tərəfindən AzərbaycanRespublikasinin Dövlət Neft Şirkətinin (SOCAR) 200 milyon ABŞdolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlıistiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Belə ki, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200000 ədəd istiqraza 412 investor 220 milyon dollarlıq 510 sifariştəqdim edib. Nəticədə, SOCAR istiqrazlarının abunə yazılışı üsuluilə yerləşdirilməsi Bakı Fond Birjasında yekunlaşıb.

Qeyd olunan qiymətli kagızların ticarət nəticələri “Bakı FondBirjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması,Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.18 bəndinintələblərinə cavab verdiyinə görə Əsas Bazar Listinq seqmentinəalınır.

Yerləşdirmədə sifariş saylarının 4%-ni hüquqi, 96%-ni isə fizikiinvestorlar təşkil edib.

İstiqrazların buraxılışı “Yaşıl enerji” layihələrininmaliyyələşdirilməsi istiqamətində olduğundan istiqrazlar Bakı FondBirjasının “Yaşıl İstiqraz Bazarı” üzrə listinqə alınır və “Yaşılİstiqraz Bazarı” təsnifləşdirməsi üzrə ilk belə istiqrazlardır.İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

// APress.az

Chosen
8
1
apress.az

2Sources