2030-cu ildə Ramazan bayramı iki dəfə – həm yanvar, həm də dekabr ayında qeyd olunacaq.
Yerli KİV-də yayılan məlumata görə, bunun əsas səbəbi hicri təqviminin günəş təqvimindən daha qısa olmasıdır. Hicri təqvimi ay dövrünə əsaslandığı üçün bir hicri ili günəş ilindən təxminən 10-11 gün daha qısadır. Bu fərq nəticəsində Ramazan hər il bir qədər irəliləyir və təxminən hər 33 ildə bir dəfə eyni il ərzində iki dəfə təkrar olunur. 2030-cu ildə ilk Ramazan 5 yanvar - 3 fevral tarixlərində, ikinci isə 26 dekabr - 24 yanvar 2031 tarixlərində başlayacaq. Beləliklə, müsəlmanlar 2030-cu ildə iki dəfə Ramazan ayını yaşayacaq və hər iki dəfə oruc tutacaqlar.
Qafqaz Müsəlmanlar İdarəsinin axundu Samid Quliyev Metbuat.az-a açıqlamasında bu məlumatı təsdiqləyib.
O deyib ki, Hicri qəməri təqvimi ilə Milad ayını müqayisə etdikdə bu mümkündür.
S.Quliyev həçinin əlavə edib ki, bu il Rəcəb ayı da iki dəfə olacaq: “Biri yanvarda oldu, digəri isə dekabr ayında başlayacaq”.