Başqırdıstanda əvvəllər ərini öldürməkdə təqsirli bilinən 58 yaşlı qadın oğlunu və dostunu eyni şəkildə öldürdüyünü etiraf edib.
Referans.az bu barədə "mk.ru"ya istinadən xəbər verir.
Bildirilir ki, İstintaq Komitəsi və polisin birgə mətbuata açıqlamasından belə çıxır ki, respublikanın Blaqoveşensk rayonunun sakini ilk cinayətini hələ 90-cı illərdə ərini balta ilə döyərək öldürməklə edib. İndi o, öz oğlunun və rəfiqəsinin qətlini də etiraf edib. Son cinayət 20 ildir açılmamış qalıb. Bütün qurbanlar, qeyd edildiyi kimi, eyni şəkildə öldürülüb: qadın onların başına balta ilə vurub, sonra isə cəsədləri yandırıb.
Qadın 1994-cü ildə ərini öldürməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.
2024-cü ilin noyabrında ailədaxili fikir ayrılıqları səbəbindən oğlu ilə münaqişə yaşayıb. Təqsirləndirilən şəxs oğlunu itələyərək yıxıb və o, ölümcül kəllə-beyin travması alıb. Cinayətin izlərini ört-basdır etmək istəyən qatil ana evi yandırıb. Lakin müstəntiqlər onun qətldə əli olduğunu müəyyən edə biliblər. Üstəlik, kəllə-beyin travmasına baltanın qundağının səbəb olduğu ehtimal edilir.
Həbs edilən qadın törətdiyi başqa bir qətli də etiraf etmək qərarına gəlib. 2005-ci ildə 45 yaşlı rəfiqəsini ziyarət edərkən, spirtli içki qəbul edib və ev sahibəsini balta ilə bir neçə dəfə vurub. Daha sonra evə od vurub və qaçıb.//publika.az