İdman Arbitraj Məhkəməsi (CAS) Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto Onun Afrika Futbol Konfederasiyasına (CAF) qarşı apellyasiyasını təmin etdiyini bildirib.
İdman.biz xəbər verir ki, qərara uyğun olaraq, kamerunlu martın 12-də qurumun növbədənkənar ümumi yığıncağında CAF İcraiyyə Komitəsinə keçiriləcək seçkilər üçün namizədlər siyahısına daxil ediləcək.
Daha əvvəl CAF Eto Onu qeyri-münasib namizəd kimi tanıdığından keçmiş futbolçu apelyasiya şikayəti vermək qərarına gəlmişdi.
Eto'O 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsində çalışır. 2024-cü ilin sentyabrında FIFA aqressiv davranışı və ədalətli oyun prinsiplərini pozduğuna görə ona 6 ay müddətinə Kamerun millilərinin oyunlarını canlı izləməyi qadağan etmişdi.
Ä°dman.biz