EN

İsrailə rəğmən 90 min müsəlman Əl-Əqsa məscidində növbəyə düzüldü

İsrailin işğal altındakı İordan çayının qərb sahilindən gəlişini məhdudlaşdırmasına baxmayaraq, on minlərlə fələstinli Ramazan ayının ilk cümə günü Əl-Əqsaya axışıb.

Turkustan.az xəbər verir ki, İordan çayının qərb sahilindən cümə namazı üçün müsəlmanların ilk qibləsinə getmək istəyən fələstinlilər səhər saatlarından başlayaraq müxtəlif məntəqələrdə İsrail hərbi nəzarət məntəqələrindən keçərək avtobuslarla Şərqi Qüdsə gəliblər.

İsrailin Qalandiyadakı hərbi keçid məntəqəsindəki uzun növbələr xüsusilə diqqəti cəlb edirdi.

İsrail polisi səhər saatlarından etibarən Əl-Əqsa məscidinə gedən yolları nəqliyyatın hərəkətinə bağlayıb. Fələstinlilər İsrailin İçəri Şəhər ətrafında qurduğu keçid məntəqələrindən keçərək Məscidül-Əqsaya çatıblar.

Cümə xütbəsində Fələstinin və Məscidül-Əqsanın azad edilməsi və Qəzzada yaşanan iztirabların sona çatması üçün dualar edilib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
14
turkustan.az

1Sources